Azedu.az

Şəki məktəbliləri günə səhər idmanı ilə başlayıblar- FOTOLAR

Şagirdlər

14 Oktyabr 2026, 09:25
Şəki məktəbliləri günə səhər idmanı ilə başlayıblar- FOTOLAR

Şəki şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri vahid məktəbli formasında səhər idmanı edərək günə başlayıblar.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, məktəbdə təşkil olunan idman fəaliyyəti şagirdlər arasında sağlam həyat tərzinin təbliğinə, fiziki fəallığın artırılmasına və nizam-intizamın möhkəmləndirilməsinə xidmət edir.

Vahid məktəbli forması isə şagirdlər arasında bərabərlik və birlik ruhunun güclənməsinə töhfə verir. Bu cür təşəbbüslər məktəblilərin sağlam, fəal və intizamlı həyat tərzinə təşviq olunmasında mühüm əhəmiyyət daşıyır.

ŞOK GÖRÜNTÜLƏR Türkiyədə Bakıya etirazlar - Küçələrə axışdılar!
Son xəbərlərDaha çox