Azedu.az

Kimya dərsində şagird xəsarət aldı

Şagirdlər

2 Oktyabr 2026, 11:21
Kimya dərsində şagird xəsarət aldı

Masallı şəhəri İntiqam Əsgərli adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində VIII siniflərdən birində kimya dərsi zamanı təcrübə prosesində kolbanın sürüşməsi nəticəsində içərisindəki məhlul partaya və yaxınlıqda olan şagirdlərdən birinə sıçrayıb.

Bu barədə AzEdu.az-a Lənkəran-Asrata Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisədən dərhal sonra şagirdə ilkin yardım göstərilib, müayinə və zəruri tibbi yardım üçün müvafiq tibb müəssisəsinə yönləndirilib. 

Şagirdin səhhəti nəzarətdə saxlanılır.

ŞOK VİDEO! İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər
Son xəbərlərDaha çox