Respublika fənn olimpiadalarına qeydiyyat müddəti uzadıldı.
AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, RFO-da iştirak üçün elektron qeydiyyat prosesi 19 noyabr saat 12:00-dək davam edəcək.
İştirakçılar //portal.edu.az/ platformasına daxil olaraq, “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətlərdən faydalana bilərlər.
Qeyd edək ki, VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.