Azedu.az

Müəllim GTA 6-ya görə imtahanı təxirə saldı 

Maraqlı

18 Noyabr 2026, 15:52
Müəllim GTA 6-ya görə imtahanı təxirə saldı 

ABŞ-də bir müəllim məşhur GTA 6 videooyununun təqdimatı ilə əlaqədar tələbələrinə gözlənilməz güzəşt edib.

AzEdu.az xəbər verir ki, bu barədə “Dexerto” nəşri məlumat yayıb.

Məlumata görə, müəllim oyunun təqdimat həftəsində tələbələrinin ev tapşırıqlarını, layihələrini və digər təhvil işlərini ləğv edib. Bundan əlavə, noyabrın 23-nə planlaşdırılan imtahanın tarixini noyabrın 30-na keçirib.

Müəllim qərarını 2013-cü ildə GTA 5 təqdim olunarkən tələbələri ilə eyni yaşda olması ilə əlaqələndirib. O bildirib ki, həmin vaxt özü də oyunun çıxmasını səbirsizliklə gözləyib və dostları ilə bu barədə çox danışıb. Buna görə də tələbələrinin də oxşar həyəcanı yaşamasını istəyib.

Müəllim tələbələrinə ünvanladığı məktubda əvvəlki həftə dərs yükünü qəsdən artırdığını, bununla da proqramı qabaqcadan irəlilətməyi və oyun təqdim olunan həftə onlara daha çox boş vaxt yaratmağı planlaşdırdığını qeyd edib.

O, tələbələrini oyundan məsuliyyətlə yararlanmağa çağırıb və təqdimat həftəsindən sonra dərslərin adi qaydada davam edəcəyini bildirib.

Qeyd edək ki, GTA 6-nın 19 noyabr 2026-cı ildə PlayStation 5 və Xbox Series X/S platformalarında təqdim olunması planlaşdırılır.

Sərhədimizdə təhlükə! Türkiyəylə Azərbaycana qarşı gizlli plan
Son xəbərlərDaha çox