Azedu.az

Emin Əmrullayev: Peşə hazırlığına cəlb olunanların sayı artırılacaq

Peşə təhsili

18 Noyabr 2026, 12:47
Emin Əmrullayev: Peşə hazırlığına cəlb olunanların sayı artırılacaq

“2030-cu ilə qədər hər il 25 min şəxsin peşə hazırlığına cəlb olunmasını hədəfləyirik”.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panelsessiyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, peşə təhsili və hazırlığı üzrə standartlar hazırlanarkən beynəlxalq əmək bazarının tələbləri və standartları nəzərə alınır.

Onun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi il ərzində 500 minə yaxın işsiz və işaxtaran şəxslə iş aparır. Bu fəaliyyətin əsas istiqamətlərini əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların aşılanması, işçi qüvvəsinin potensialının artırılması, eləcə də işaxtaran şəxslərin işəgötürənlərlə əlaqələndirilməsi təşkil edir.

Anar Əliyev peşəyönümü xidmətlərinin də əhəmiyyətini vurğulayıb. Bildirib ki, şagirdlər hələ erkən yaşlardan əmək bazarında hansı istiqamətlər üzrə fəaliyyət göstərə biləcəkləri barədə məlumatlandırılmalıdırlar.

Nazir qeyd edib ki, hazırda hər il 18-20 minə yaxın şəxs peşə hazırlığı proqramlarına cəlb olunur. Bu proqramlarda beynəlxalq səviyyədə tanınan bilik və bacarıqların öyrədilməsinə üstünlük verilir.

O əlavə edib ki, 2019-cu ildən peşə hazırlığı sahəsində adambaşına maliyyələşmə mexanizminin tətbiqinə başlanılıb. Bu mexanizm özəl sektorla əməkdaşlıq imkanlarını genişləndirib.

“Hazırda 130-dan çox peşə və ixtisas üzrə altı ayadək davam edən qısamüddətli kurslar vasitəsilə işsiz və işaxtaran şəxslərə dəstək göstəririk. 2030-cu ilə qədər hər il 25 minə yaxın şəxsin peşə hazırlığına cəlb olunmasını hədəfləmişik”, - deyə nazir bildirib.

Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?
Son xəbərlərDaha çox