Azedu.az

Şərqi-Zəngəzurun 3 məzunu Prezident təqaüdü aldı

Ali təhsil

14 Oktyabr 2026, 09:43
Şərqi-Zəngəzurun 3 məzunu Prezident təqaüdü aldı

Şərqi-Zəngəzurun 3 məzunu Prezident təqaüdünə layiq görülüb.

Bu barədə AzEdu.az-a Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, 2026-2027-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 3 məzunu bu təqaüdə layiq görülüb:

1.Laçın rayonu "Oğuz" tam orta ümumtəhsil məktəbinin məzunu İsbəndiyarlı Paşa Araz oğlu,

2.Qubadlı rayonu Əliyar Əliyev adına Qəzyan kənd tam orta ümumtəhsil məktəbinin məzunu Məhərrəmli Aysu Sakit qızı,

3.Laçın rayonu 34 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Mustafazadə Şahin Bəhruz oğlu.

 

ŞOK GÖRÜNTÜLƏR Türkiyədə Bakıya etirazlar - Küçələrə axışdılar!
Son xəbərlərDaha çox