Azedu.az

Rusiyada şagirdlərin 10-cu sinfə qəbul hüququ qorunur

Ali təhsil

27 Noyabr 2026, 17:15
Rusiyada şagirdlərin 10-cu sinfə qəbul hüququ qorunur

Rusiyada məktəblər 9-cu sinfi bitirən şagirdlərin 10-cu sinfə qəbulundan profil siniflərinə seçim nəticələrini əsas gətirərək imtina edə bilməzlər. Bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov RT telekanalına müsahibəsində bildirib.

AzEdu.az “Gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, hər bir uşağın orta ümumi təhsil almaq hüququ mütləqdir və qanunla təmin olunur. Məktəblər profil siniflərinə qəbul zamanı seçim mərhələsindən keçə bilməyən şagirdlərin 10-cu sinifdə təhsilini davam etdirməsinə mane ola bilməzlər.

Kravtsov qeyd edib ki, bu hüquq Rusiya Ali Məhkəməsinin müvafiq qərarı ilə də təsdiqlənib. Belə ki, profil siniflərinə qəbul üzrə fərdi seçim proseduru uşaqların təhsil hüququnu məhdudlaşdırmamalıdır.

Nazir bildirib ki, şagirdin seçdiyi məktəbdə 10-cu sinif üçün boş yer olmadıqda belə, onun təhsilini davam etdirməsi təmin edilməlidir. Belə vəziyyətlərdə valideynlər regional və ya bələdiyyə təhsil idarələrinə müraciət edə bilərlər. Həmin qurumlar şagird üçün əsas tədris proqramı üzrə sinifdə və ya başqa məktəbdə yer tapılmasına kömək etməlidirlər.

Kravtsov əlavə edib ki, mübahisəli hallar fərdi qaydada araşdırılır və qəbul edilən qərarlarda uşağın maraqları əsas götürülür. Bundan əvvəl Rusiya Dövlət Dumasının Elm və Ali Təhsil Komitəsi sədrinin müavini Oleq Smolin də məktəblərin 10-cu sinfə qəbuldan imtina etdiyi hallarda valideynlərin Rosobrnadzor və prokurorluğa şikayət edə biləcəyini bildirmişdi.

Paşinyan Putinin yanına şərtlərlə gedir: Ordunu Gümrüdən çıxart
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox