Azedu.az

Universitetdə tyutorluq üzrə beynəlxalq təcrübə öyrənilir

Ali təhsil

27 Noyabr 2026, 08:50
Universitetdə tyutorluq üzrə beynəlxalq təcrübə öyrənilir

Azərbaycan Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə əməkdaşlıq çərçivəsində "Beynəlxalq təcrübədə tyutorluq" adlı təlimə başlanıb. TKTA-nın Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi Firuzə Məmmədzadə tərəfindən aparılan ikigünlük təlimdə Akademik Məsləhət və Elektron Universitet şöbəsi, Keyfiyyət təminatı şöbəsi və Tədris şöbəsinin əməkdaşları iştirak edirlər.

AzEdu.az xəbər verir ki, təlim proqramı keyfiyyət yönümlü tədris, yeni təlim metodlarının tətbiqi, beynəlxalq təcrübədə tyutorluq, beynəlxalq tyutorluq modelləri, tyutorların funksiya və səriştə çərçivələri kimi mövzuları əhatə edir, həmçinin ali təhsil müəssisələrində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və təkmilləşdirilməsi məsələləri müzakirə olunur. Təlimin iştirakçıları komandalara bölünərək situasiya əsaslı tapşırıqlar üzərində çalışır, onların daha da təkmilləşdirilməsi istiqamətində öz fikirlərini bölüşürlər. 

Təlim sabah yekunlaşacaq və yüksək nəticə nümayiş etdirən iştirakçılar TKTA tərəfindən sertifikatla təltif olunacaqlar. 

 

TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox