Azedu.az

Mask ABŞ-li uşaqlara hər il SpaceX səhmləri vəd edib

Maraqlı

27 Noyabr 2026, 08:46
Mask ABŞ-li uşaqlara hər il SpaceX səhmləri vəd edib

Amerikalı sahibkar İlon Mask hər il ABŞ-dəki hər uşağa "SpaceX" aerokosmik şirkətinin bir səhmini hədiyyə etmək niyyətində olduğunu bildirib.

AzEdu.az xəbər verir ki, bu barədə milyarder "X" sosial şəbəkəsində yazıb.

"Mən hər il Amerikadakı bütün uşaqlara bir səhm hədiyyə edəcəyəm", - Mask bildirib.

Daha əvvəl sahibkar qeyd etmişdi ki, ABŞ-də hər bir uşaq "SpaceX"in iki səhmini alacaq - birini şirkətdən, digərini isə şəxsən ondan. Daha sonra Mask dəqiqləşdirib ki, uşaqlar ilk səhmi artıq 2026-cı ilin dekabrında alacaqlar.

"CNBC" telekanalının məlumatına görə, "SpaceX"in təxminən 4,8 milyard səhmi Maska məxsusdur.

TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox