Azedu.az

Dərsliklərlə bağlı ajiotajın səbəbi diqqət çəkmək istəyidir

AzEdu Təhsil Platforması

26 Noyabr 2026, 15:51
Dərsliklərlə bağlı ajiotajın səbəbi diqqət çəkmək istəyidir

“Dərsliklərlə bağlı ajiotajın böyük hissəsi diqqət çəkmək istəyindən qaynaqlanır”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Yalçın İslamzadə Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan sayca ikinci təlim-müzakirədə səsləndirib.

O bildirib ki, dərsliklər ictimai müzakirəyə çıxarılır, müəllimlərin təklifləri dinlənilir və paralel olaraq pilot layihələr çərçivəsində sınaqdan keçirilir. Bu prosesdə müxtəlif qurumların mütəxəssisləri ilə yanaşı, müəllimlərin də iştirakı təmin olunur.

Yalçın İslamzadə qeyd edib ki, müzakirələr zamanı konstruktiv yanaşma və peşəkar təkliflər nəzərə alınır.

Onun sözlərinə görə, dərsliklərdə aşkar olunan nöqsanlar növbəti nəşrlərdə aradan qaldırıla bilər və hər iradı ictimai ajiotaja çevirmək əvəzinə, konstruktiv müzakirə aparmaq lazımdır.

TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox