Ucar rayonu Bərgüşad kənd A. Mustafayev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi psixoloq vəzifəsi üzrə vakansiya elan edib.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, 1923-cü ildən fəaliyyət göstərən məktəb Ucar rayonunun ən böyük kənd məktəblərindən biridir. Hazırda burada 547 şagird təhsil alır.Vakansiya üzrə namizədlərdən müvafiq psixologiya ixtisası üzrə bakalavr və ya magistr təhsili, yaxud əlavə təhsil sertifikatı tələb olunur.
Psixoloqun əsas fəaliyyət istiqamətlərinə şagirdlərin psixoloji müayinəsinin aparılması, konsultasiya xidmətlərinin göstərilməsi, profilaktik tədbirlərin həyata keçirilməsi, davranış korreksiyası, psixoloji maarifləndirmə və əlilliyi olan təhsilalanlara psixoloji dəstəyin göstərilməsi daxildir.
Vakansiya ilə maraqlanan və qeyd olunan tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.