Azərbaycanda tələbənin binadan yıxılaraq ölməsinin bəzi təfərrüatı məlum olub.
AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxt ərazisində qeydə alınıb.
Belə ki, Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan Həsən Əlili binanın 5-ci mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib.
Mərhumun əslən Tovuz rayonundan olduğu bildirilir. O, ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərib.