Azedu.az

“Təhsil Ekspertləri Mərkəzi” yaradıldı

AzEdu Təhsil Platforması

25 Noyabr 2026, 11:44
“Təhsil Ekspertləri Mərkəzi” yaradıldı

İctimai rəyin formalaşmasına töhfə vermək və təhsil gündəmini ekspert mövqeyindən işıqlandırmaq məqsədilə
Təhsil mütəxəssislərindən və peşəkar menecerlərdən ibarət 11 nəfərlik “Təhsil Ekspertləri Mərkəzi” yaradılıb.

AzEdu.az xəbər verir ki, mərkəz 17.11.2026-ci ildə rəsmi dövlət qeydiyyatına alınmışdır.

Mərkəz təhsil ictimaiyyətinə yaxşı tanış olan, uzun illərdir təhsil məsələləri ilə bağlı açıqlamaları, təhlilləri, mövqeləri və media fəaliyyəti ilə seçilən şəxsləri bir araya gətirir.

Məqsəd: 

Təhsildə baş verən proseslərə peşəkar münasibət;
Aktual məsələləri geniş müzakirəyə çıxarmaq;
Mövcud problemlərin həlli istiqamətində təkliflər irəli sürmək;
Cəmiyyətin diqqətini vacib təhsil məsələlərinə yönəltmək.

Nə müzakirə olunacaq?

Təhsildə həyata keçirilən islahatlar;
Qəbul edilən qərarlar;
Mövcud problemlər;
Yeni təşəbbüslər;
Gələcək inkişaf perspektivləri.

Təhsilin müxtəlif istiqamətləri üzrə ekspert rəyləri, analitik materiallar və təkliflər ictimaiyyətə təqdim ediləcək.
Mərkəzin fəaliyyətində media ilə əməkdaşlığa xüsusi önəm veriləcək.

“Təhsil Ekspertləri Mərkəzi” hesab edir ki, təhsilin inkişafı yalnız qərarların qəbulu ilə məhdudlaşmamalıdır. Bu qərarların peşəkar müzakirəsi, fərqli yanaşmaların dinlənilməsi və sağlam ictimai dialoqun qurulması da eyni dərəcədə vacibdir.

Mərkəz açıq müzakirə, peşəkar yanaşma və konstruktiv tənqid prinsiplərini əsas götürərək Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verməyi qarşısına məqsəd qoyur. 

Rusiyaya ağır zərbələr - Böyük zavodlar vuruldu! - Gündəm Masada
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox