Azedu.az

BSU tələbələrinin təhsil haqqı ilə bağlı problemi həll olundu

AzEdu Təhsil Platforması

25 Noyabr 2026, 10:41
BSU tələbələrinin təhsil haqqı ilə bağlı problemi həll olundu

Bakı Slavyan Universitetinin bir qrup tələbəsi təhsil haqqının ödənilməsi ilə bağlı yaranan problemlə əlaqədar saytımıza müraciət edib.

Tələbələrin sözlərinə görə, əvvəlki illərdə illik təhsil haqqını sentyabr-oktyabr aylarında ödəsələr də, bu dəfə son tarix noyabrın 13-ü müəyyən edilib.

Onlara həmin tarixdən sonra ödəniş etdikləri halda problem yaranmayacağı və adlarının siyahıya daxil ediləcəyi bildirilib. Lakin gecikmiş ödənişlərə görə tələbələrə 5-ci kursda oxumalı olacaqları bildirilib.

Tələbə ödənişin gecikdirilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmədiyini, hətta qrup nümayəndəsinin də belə bir problemin yaranmayacağını dediyini vurğulayıb.

AzEdu.az məsələ ilə bağlı Bakı Slavyan Universitetinə sorğu ünvanlayıb.

Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, məsələ tam həll olunub və tələbələrin adları jurnalda qeyd edilib.

Rusiyaya ağır zərbələr - Böyük zavodlar vuruldu! - Gündəm Masada
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox