Azedu.az

İmtahanda köçürənləri bildirənlərə külli miqdarda pul ödəniləcək

İmtahanlar və qəbul məsələləri

25 Noyabr 2026, 09:10
İmtahanda köçürənləri bildirənlərə külli miqdarda pul ödəniləcək

Cənubi Koreya hakimiyyəti universitetlərə qəbul üzrə ümummilli imtahanda (CSAT) süni intellektdən istifadə etməklə köçürmə halları barədə məlumat verən şəxslərə 500 milyon vonadək (təxminən 371 min dollar) mükafat ödəyəcək.

AzEdu.az xəbər verir ki, bu barədə "Korea JoongAng Daily" nəşri Korrupsiyaya qarşı Mübarizə və Vətəndaş Hüquqlarının Müdafiəsi Komissiyasına istinadən məlumat yayıb.

Qayda pozuntusunun aşkarlanmasına imkan verən hər bir məlumat üçün 100 milyon von (təxminən 74 300 dollar) mükafat nəzərdə tutulub. Mükafatın ümumi məbləği isə maksimum 500 milyon von təşkil edəcək.

İmtahanda köçürdüyünü etiraf edən və bu işdə onlara kömək göstərmiş şəxslər barədə məlumat verən qayda pozucuları da mükafat ala biləcəklər. Həmin şəxslərin cəzalarının yüngülləşdirilməsi də nəzərdə tutulur.

Qayda pozuntuları ilə bağlı məlumatlar 2027-ci il yanvarın 19-dək qəbul ediləcək. Komissiyadan bildirilib ki, bu tədbirin məqsədi imtahan nəticələrinin obyektivliyini təmin etmək və imtahan sisteminə ictimai etimadı qorumaqdır.

TƏCİLİ! İran hər an vurula bilər - Hazırlıq başladı!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox