Azedu.az

Vətən müharibəsi iştirakçısı Bakıda məktəb direktoru oldu -  FOTO

Orta təhsil

25 Noyabr 2026, 10:29
Vətən müharibəsi iştirakçısı Bakıda məktəb direktoru oldu -  FOTO

Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqənin nəticələrinə əsasən, müəyyən edilmiş tələblərə cavab verən 463 namizəd uğur qazanıb.

Uğur qazananlardan biri də Bədəl Südeyf oğlu Hüseynovdur.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, o, Bakı şəhəri Əsəd Ələsgərov adına 244 nömrəli tam orta məktəbə direktor təyin olunub.

Qeyd edək ki, Bədəl Hüseynov Vətən müharibəsində iştirak etmiş müəllimlərdəndir.

O, 2020-ci ildə Vətən müharibəsində iştirak edib, döyüş meydanında göstərdiyi qəhrəmanlıq və şücaətə görə “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

veten-muharibesinin-istirakcisi-olmaq-sonsuz-xosbextlikdir

Xatırladaq ki, 244 nömrəli tam orta məktəbə 1999-cu ildən Yəhya Abbasov rəhbərlik edib. O, 2025-ci ilin dekabrında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Bundan sonra direktor vəzifəsinin icrası müvəqqəti olaraq Şəfa Qurbanovaya həvalə olunub. Şəfa Qurbanova eyni zamanda Bakı şəhəri Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbin direktoru olduğundan hər iki məktəbin rəhbərliyini həyata keçirib.

Beləliklə, yeni təyinatla 244 nömrəli tam orta məktəbdə direktor vəzifəsinin müvəqqəti icrası dövrü başa çatıb.

Rusiyaya ağır zərbələr - Böyük zavodlar vuruldu! - Gündəm Masada
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox