Azedu.az

Alimlər su üzərində yeriyən qədim çəyirtkə növü aşkar ediblər

Maraqlı

25 Noyabr 2026, 15:32
Alimlər su üzərində yeriyən qədim çəyirtkə növü aşkar ediblər

Tədqiqatçılar təxminən 100 milyon il əvvəl yaşamış uzunayaqlı çəyirtkə növünün su səthində hərəkət edə bildiyini müəyyən ediblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Çin alimləri 99 milyon illik kəhrəba fosillərində əvvəllər məlum olmayan böcək fəsiləsinə aid çəyirtkə nümunələri aşkar ediblər.

Araşdırma nəticəsində məlum olub ki, bu canlılar suyun səthi gərginliyindən istifadə edərək su üzərində tarazlıq saxlaya bilib, su itələyici tükləri və arxa ayaqlarındakı avarabənzər çıxıntılar vasitəsilə hərəkət ediblər.

Eyni kəhrəba parçasında 9 çəyirtkənin bir yerdə qorunması onların qidalanmaq üçün qrup halında toplandığını ehtimal etməyə əsas verir.

Alimlər yeni növü “Hydrelcana zhangi” adlandıraraq “Hydrelcanidae” adlı yeni böcək fəsiləsinə daxil ediblər.

 

Deputatla canlıda gərgin müzakirə - Ölkədə nə baş verir?
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox