Azedu.az

Bu axşam Bakıda ictimai nəqliyyatda gediş 1 qəpik olacaq

AzEdu Təhsil Platforması

25 Noyabr 2026, 13:45
Bu axşam Bakıda ictimai nəqliyyatda gediş 1 qəpik olacaq

“BakıKart” və Mastercard UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir.

AzEdu.az xəbər verir ki, kampaniya çərçivəsində 25 noyabr tarixində saat 18:00-dan 01:00-dək Mastercard kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər.

Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş Mastercard kartları ilə Apple Pay və Google Pay vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.

Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir. Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir.

Təşəbbüsün əsas məqsədi futbol azarkeşlərinin gediş-gəlişini daha sərfəli etmək, ictimai nəqliyyatdan istifadəni və təmassız ödənişləri təşviq etməkdir.

“BakıKart” tərəfdaşları ilə birgə sərnişinlər üçün yeni ödəniş imkanları və güzəştli kampaniyalar təqdim etməyə davam edir.

Rusiyaya ağır zərbələr - Böyük zavodlar vuruldu! - Gündəm Masada
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox