Azedu.az

Azərbaycan-Türkiyə hərbi təhsil əməkdaşlığı müzakirə olunub

AzEdu Təhsil Platforması

25 Noyabr 2026, 12:59
Azərbaycan-Türkiyə hərbi təhsil əməkdaşlığı müzakirə olunub

Türkiyə Respublikası Milli Müdafiə Universiteti rektorunun müavini Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti tədris gəzintisi proqramı çərçivəsində Azərbaycanda səfərdədir.

Müdafiə Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.

Proqram çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülovla görüşüb. Görüşdə hərbi təhsil sahəsində əməkdaşlıq əlaqələri və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Sonda tərəflər qarşılıqlı hədiyyələr təqdim ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Qənimətlər Parkında və Heydər Əliyev Mərkəzində olub.

Rusiyaya ağır zərbələr - Böyük zavodlar vuruldu! - Gündəm Masada
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox