Hindistanda ali təhsil sahəsində robototexnika, fiziki süni intellekt və kosmik texnologiyalar üzrə təhsil imkanlarının genişləndirilməsi planlaşdırılır.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Texnologiya İnstitutlarında (IIT) 2027-ci ildən etibarən bu istiqamətlər üzrə ümumilikdə 6 min yeni təhsil yerinin yaradılması nəzərdə tutulur.
“Indian Express”in məlumatına görə, təşəbbüs çərçivəsində 5 min yer robototexnika və fiziki süni intellekt, 1 min yer isə kosmik mühəndislik və texnologiyalar üzrə ayrılacaq.Yeni təhsil yerləri bakalavr, magistratura və doktorantura proqramlarını əhatə edəcək. Layihə çərçivəsində, həmçinin 120-dən çox müəllim və akademik heyətin cəlb edilməsi planlaşdırılır.
Təşəbbüsün məqsədi Hindistanda yüksək texnologiyalar sahəsində ixtisaslı kadr hazırlığını genişləndirmək, elmi tədqiqat imkanlarını artırmaq və əmək bazarının yeni tələblərinə uyğun mütəxəssislər yetişdirməkdir.
Qeyd edək ki, layihənin həyata keçirilməsi üçün IIT-lərə fond dəstəyi də göstəriləcək.