Azedu.az

Məktəblərdə 7 minə yaxın iş yeri ixtisar edilə bilər

Xaricdə təhsil

1 Noyabr 2026, 12:15
Məktəblərdə 7 minə yaxın iş yeri ixtisar edilə bilər

İtaliyada 2027-ci il dövlət büdcəsi layihəsi çərçivəsində məktəblərdə müəllim və inzibati-texniki heyət üzrə ümumilikdə 6 974 iş yerinin ixtisarı nəzərdə tutulub.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, layihəyə əsasən, 4 925 müəllim ştatının, 2 049 isə inzibati və texniki heyət yerinin azaldılması planlaşdırılır.

Gözlənilir ki, bu dəyişikliklər 2028-ci ildən etibarən dövlət büdcəsinə hər il təxminən 252 milyon avro qənaət etməyə imkan verəcək.

Qeyd edək ki, sözügedən təklif həmkarlar ittifaqları və müxalifət nümayəndələrinin tənqidinə səbəb olub.

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox