Azedu.az

Naxçıvanda XI siniflər üçün monitorinq keçirilir

AzEdu Təhsil Platforması

1 Noyabr 2026, 11:43
Naxçıvanda XI siniflər üçün monitorinq keçirilir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 1-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin  buraxılış qiymətləndirmə monitorinqi keçirilir.

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, monitorinqdə 4 minə yaxın şagird iştirak edir.

Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox