Azedu.az

Tələbə krediti alan gənclər ən çox bu ixtisasları SEÇİB

Tələbələr

31 Oktyabr 2026, 12:45
Tələbə krediti alan gənclər ən çox bu ixtisasları SEÇİB

İqtisadi rayonlar üzrə Təhsil Tələbə Krediti (TTK) rəsmiləşdirilməsində ən çox seçilən ixtisaslar məlum olub.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, regionlar üzrə tələbələrin üstünlük verdiyi ixtisaslar arasında biznesin idarə edilməsi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, iqtisadiyyat və sosial iş istiqamətləri ön plana çıxıb.

Bakı iqtisadi rayonu üzrə TTK-nın ən çox rəsmiləşdirildiyi ixtisaslar biznesin idarə edilməsi, iqtisadiyyat və menecment olub.

Naxçıvan iqtisadi rayonu üzrə ilk üçlükdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biznesin idarə edilməsi və ibtidai sinif müəllimliyi ixtisasları yer alıb.

Abşeron-Xızı iqtisadi rayonu üzrə ən çox TTK rəsmiləşdirilən ixtisaslar biznesin idarə edilməsi, menecment və sosial iş olub.

Dağlıq Şirvan iqtisadi rayonu üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biznesin idarə edilməsi və sosial iş ixtisasları ilk üçlükdə qərarlaşıb.

Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə TTK-nın ən çox rəsmiləşdirildiyi ixtisaslar Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biznesin idarə edilməsi və marketinq olub.

Qarabağ iqtisadi rayonu üzrə ilk üç yerdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biznesin idarə edilməsi və iqtisadiyyat ixtisasları qərarlaşıb.

Qazax-Tovuz iqtisadi rayonu üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biznesin idarə edilməsi və ibtidai sinif müəllimliyi ixtisasları üstünlük təşkil edib.

Quba-Xaçmaz iqtisadi rayonu üzrə TTK-nın ən çox rəsmiləşdirildiyi ixtisaslar Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biznesin idarə edilməsi və ibtidai sinif müəllimliyi olub.

Lənkəran-Astara iqtisadi rayonu üzrə ilk üçlükdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biznesin idarə edilməsi və sosial iş ixtisasları yer alıb.

Mərkəzi Aran iqtisadi rayonu üzrə ən çox TTK rəsmiləşdirilən ixtisaslar Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biznesin idarə edilməsi və iqtisadiyyat olub.

Mil-Muğan iqtisadi rayonu üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biznesin idarə edilməsi və tarix müəllimliyi ixtisasları ilk üçlükdə qərarlaşıb.

Şəki-Zaqatala iqtisadi rayonu üzrə TTK-nın ən çox rəsmiləşdirildiyi ixtisaslar Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biznesin idarə edilməsi və sosial iş olub.

Şərqi Zəngəzur iqtisadi rayonu üzrə ilk üçlükdə biznesin idarə edilməsi, marketinq və sosial iş ixtisasları yer alıb.

Şirvan-Salyan iqtisadi rayonu üzrə isə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biznesin idarə edilməsi və sosial iş ixtisasları ən çox TTK rəsmiləşdirilən sahələr olub.

İqtisadi rayonlar üzrə göstəricilərin müqayisəsi biznesin idarə edilməsi və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarının ölkə üzrə TTK rəsmiləşdirilməsində xüsusi yer tutduğunu göstərir. Belə ki, biznesin idarə edilməsi ixtisası bütün iqtisadi rayonlarda ilk üçlükdə, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi isə Bakı, Abşeron-Xızı və Şərqi Zəngəzur istisna olmaqla, digər iqtisadi rayonlarda ilk sırada qərarlaşıb.

Üçüncü pillədə isə regionların xüsusiyyətlərinə görə fərqli ixtisaslar önə çıxır. Sosial iş, ibtidai sinif müəllimliyi, iqtisadiyyat, marketinq və tarix müəllimliyi müxtəlif iqtisadi rayonlarda ilk üçlükdə yer alıb.

Nəticə etibarilə, TTK üzrə ixtisas seçimlərində idarəetmə və müəllimlik istiqamətləri üstünlük təşkil edir. Bununla yanaşı, regionlar üzrə üçüncü sırada yer alan ixtisasların fərqlənməsi tələbələrin təhsil krediti seçimlərində müxtəlif sahələrə maraq göstərdiyini ortaya qoyur.

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox