Azedu.az

Türkiyədə təhsil sahəsində yeni qayda: Bu qurumlara nəzarət artırılır

Xaricdə təhsil

26 Sentyabr 2026, 14:12
Türkiyədə təhsil sahəsində yeni qayda: Bu qurumlara nəzarət artırılır

Türkiyədə icazəsiz təhsil fəaliyyətlərinə qarşı nəzarət gücləndirilir.

AzEdu.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə müxtəlif adlar altında icazəsiz təhsil fəaliyyəti göstərən qurumlara qarşı nəzarət tədbirləri artırılır.

Türkiyənin Milli Təhsil Nazirliyindən (MEB) verilən məlumata görə, təhsil fəaliyyəti ilə məşğul olan və müvafiq icazəsi olmayan qurumlarla bağlı yoxlamalar gücləndiriləcək.Nazirlik qeyd edib ki, təhsil fəaliyyəti həyata keçirən bütün qurumlar MEB-in müəyyən etdiyi qaydalara və nəzarət mexanizmlərinə tabe olmalıdır.

Məlumata əsasən, müxtəlif adlar altında icazəsiz şəkildə təhsil xidməti göstərən qurumların fəaliyyətinə qarşı qanunvericilik çərçivəsində tədbirlər görüləcək.MEB bu addımın təhsil sahəsində qanuni fəaliyyətin təmin edilməsi və təhsilalanların hüquqlarının qorunması məqsədi daşıdığını bildirib.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox