Fransanın Təhsil Nazirliyi orta məktəb şagirdlərinin kütləvi etirazları fonunda kəskin müəllim çatışmazlığı ilə üzləşən məktəblərə 3 min əvəzedici müəllim göndərəcək.
AzEdu.az xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Eduar Jeffre TF1 telekanalının efirində deyib.
Onun sözlərinə görə, hakimiyyət müəllimlərin ən ciddi çatışmazlığı olan 114 təhsil müəssisəsini müəyyənləşdirib. Daha 400 məktəbdə də vəziyyət təcili müdaxilə tələb edir. Nazir əlavə müəllimlərin oktyabrın 9-dan 13-dək işə başlayacağını bildirib.
Fransada yuxarı sinif şagirdlərinin etirazları sentyabrın sonunda paytaxtın İl-de Frans bölgəsində başlayıb, bundan sonra ölkənin digər bölgələrinə yayılıb. Şagirdlər sıx cədvəllərə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı çıxırlar.
Bəzi şəhərlərdə iğtişaşlar və polislə qarşıdurmalar baş verib. Etirazlar başlayandan bəri hüquq-mühafizə orqanları təxminən 7 min saxlanılma keçirib, saxlanılanların 90 %-i yetkinlik yaşına çatmayanlardır.