Azedu.az

Övladlığa verilən, ailələrinə qaytarılan və müəssisələri tərk edənlər - Uşaqlar rəqəmlərdə

AzEdu Təhsil Platforması

10 Noyabr 2026, 13:24
Övladlığa verilən, ailələrinə qaytarılan və müəssisələri tərk edənlər - Uşaqlar rəqəmlərdə

2025-ci il ərzində 149 uşaq övladlığa verilib. Onlardan 78-i oğlan, 71-i qız olub.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, sosial xidmət müəssisələrində valideyn himayəsindən məhrum olmuş 1 272 uşaq məskunlaşıb. Onlardan 921-i sağlam, 257-si əlilliyi müəyyən edilmiş, 94-ü isə səhhətində problem olan uşaqlardır.Hesabat dövründə övladlığa verilmiş uşaqlarla bağlı 1 183 monitorinq aparılıb.

Bundan başqa, 2025-ci ildə 40 uşaq himayədar ailələrə verilib. Onlardan 20-si oğlan, 20-si qızdır. Himayədar ailələrdə olan uşaqlarla bağlı 516 monitorinq həyata keçirilib.Nazirliyin qərarı ilə 296 uşaq müəssisəyə yerləşdirilib, 29 uşaq 18 yaşına çatdığına görə müəssisəni tərk edib, 275 uşaq isə ailə himayəsində saxlanılıb.Eyni zamanda, müəssisələrdən öz ailələrinə reinteqrasiya tədbirləri nəticəsində 176 uşaq geri qaytarılıb.

Ümumilikdə, 2025-ci il ərzində həyata keçirilən tədbirlər valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitinə qaytarılması, övladlığa verilməsi və alternativ qayğı xidmətləri ilə təmin olunması istiqamətində işlərin davam etdirildiyini göstərir. Bu tədbirlərin əsas məqsədi uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz ailə mühitində böyüməsinə şərait yaradılmasıdır.

Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!
Son xəbərlərDaha çox