Azedu.az

Şagird və tələbələrin həyatını tamamilə dəyişəcək 10 film - SİYAHI  

Elm və təhsil

Maraqlı

10 Noyabr 2026, 15:29
Şagird və tələbələrin həyatını tamamilə dəyişəcək 10 film - SİYAHI  

Film insan düşüncəsinin formalaşmasında və həyati dəyərlərin daha dərindən qavranılmasında mühüm rol oynayan təsirli vasitələrdən biridir. Xüsusilə tələbəlik dövründə izlənilən filmlər dünyagörüşünü genişləndirir, motivasiya, məsuliyyət və sosial münasibətlər kimi anlayışların daha aydın dərk olunmasına kömək edir.

AzEdu.az gənclərin mütləq izləməli olduğu 10 film barədə araşdırma aparıb.

1."Good Will Hunting" ("Can dostum", 1997)

Ölkəmizdə "Can dostum" adı ilə tanınan və bir ara tez-tez televiziya ekranlarında nümayiş etdirilən "Good Will Hunting" də bu siyahıda olmağa haqq qazanmış filmlərdəndir.

Massaçusets Universitetində işləyən Uiill Huntinq adlı bir süpürgəçinin hekayəsini izlədiyimiz bu filmdə baş rolda çəkilmiş Matt Damon ona verilmiş rolun öhdəsindən yaxşı gəlmişdir. Üstün zəkalı olmasına baxmayaraq həyatını yaxşı davam etdirməyib həbs olunmuş Uiillin həyatı qarşısına çıxan bir terapiya mütəxəssisi (Robin Williams) sayəsində dəyişəcək və həyatında yeni bir səhifə açılacaqdır. Film, Ben Affleck və Matt Damona "Ən yaxşı orijinal ssenari" üzrə  Oskar mükafatı da gətirmişdi.

181818

2. "Superbad" ("Çox pis", 2007)

Bir-birinə tamamilə zidd iki yoldaşın hekayəsini əks etdirən ekran əsəri şəhərcik ab-havasında olan kinofilmlərdəndir. Lisey vaxtlarından dost olan Set (Jonah Hill) və Evan (Maykl Cera) universiteti fərqli şəhərlərdə oxumalı olurlar. Çox utancaq olan Evans ilə tam bir cəngavər xarakterli Set yeni həyatlarında, xüsusən qızlarla tanışlığa daha çox  can atırlar. Lakin qızlarla ünsiyyət qurmaq üçün atdıqları hər addımda çox gülməli anların əsas obrazlarına çevrilirlər.

181819

3. "Liberal Arts" ("Azad sənətlər", 2012)

Filmin süjet xəttinə əsasən əsas personaj Cessi universitet günlərinin həsrətini çəkir, Ohayodakı məktəbi üçün darıxır. Qəhrəmanı kimi qəbul etdiyi professor  təqaüdə çıxma mərasimində Cessidən də vidalaşma üçün çıxış etməsini istəyir.

Cessi bu çıxış üçün məktəbinə qayıdır və universitetin ikinci kurs tələbəsi, klassik musiqi aşiqi olan Zibbi ilə tanış olur və gözlənilən romantik hekayə başlayır.  Filmin ssenari  müəllifi Coş Radnor həm də baş rolu  oynayır.

181820

4. "Françeska Ha" (2012)

27 yaşındaki Françeska (Greta Gerviq) universitetdən məzun olma ərəfəsində olsa da, həyatda nə edəcəyini bilmir. Müxtəlif işlərə əl atsa da nailiyyət qazanmır və ən çox sevdiyi məşğuliyyət  olan rəqsdə də şansı o qədər də gətirmir. Nyu-yorkda bir yetkin şəxs kimi yaşamağın çətinlikləri ilə üzləşən Franceska ən yaxın yoldaşı Sofiyanın başqa şəhərə köçməsi ilə daha da çətin günlər yaşayır.

181822

5. "Coach Carter" ("Məşqçi Karter")

Film keçmiş basketbolçu Ken Karterın məşqçi kimi orta məktəb komandasını idarə etməsindən bəhs edir. O, yalnız idman uğuruna deyil, həm də oyunçuların təhsilinə və intizamına önəm verir. Komanda qaydaları pozduqda Karter məşqləri və oyunları dayandırır və bu, ciddi mübahisələrə səbəb olur.

Film əsasən məsuliyyət, intizam və təhsilin idmandan da vacib ola biləcəyi ideyasını vurğulayır.

181831

6. "The theory of everything" ("Hər şeyin nəzəriyyəsi")

Məşhur fizik Stiven Hokinqin həyatından bəhs edən bioqrafik dramdır.

Film onun gəncliyində xəstəliyinin (ALS) diaqnozu qoyulmasından sonra elmdə böyük nailiyyətlər əldə etməsini, xüsusilə qara dəliklər və kainatın yaranması ilə bağlı işlərini göstərir. Eyni zamanda onun həyat yoldaşı Keyn Hokinqlə münasibətləri və şəxsi çətinlikləri də əsas xətt kimi verilir.

Film həm elmə töhfə, həm də insan iradəsi və sevgi mövzularını ön plana çıxarır.

181833

7."Shawshank Redemption" 

Film günahsız yerə həbs olunan bankir Endi Dufresnin Şoushenk həbsxanasında keçirdiyi illərdən bəhs edir.

O, burada dostluq qurur, xüsusilə Red adlı məhbusla yaxınlaşır və illər ərzində səbr, ümid və ağıllı planları ilə azadlığa çıxmağı bacarır.

Film əsasən ümidin insanı yaşadan ən güclü güc olduğunu göstərir.

181839

8. "Spare parts" (Ehtiyat hissələri)

Real hadisələr əsasında çəkilmiş dramdır və ABŞ-da orta məktəb şagirdlərindən ibarət dörd immiqrant gəncin hekayəsindən bəhs edir.

Onlar məhdud imkanlara baxmayaraq robototexnika yarışına qatılır və təcrübəli universitet komandalarına qarşı böyük uğur qazanırlar. Film onların əzmi, komanda işi və çətinliklərə baxmayaraq özlərini sübut etmələri üzərində qurulub.

Əsas ideya imkanların yoxluğu deyil, iradə və birlik sayəsində böyük nailiyyətlərin mümkün olmasıdır.

181840

9. "Rocky"

Film Filadelfiyada yaşayan sadə və az tanınan boksçu Rokki Balboanın gözlənilmədən dünya çempionu ilə döyüş şansı qazanmasından bəhs edir.

O, böyük idmançı Apollo Creed-ə qarşı rinqə çıxaraq təkcə qalibiyyət üçün yox, özünü sübut etmək üçün mübarizə aparır. Film onun ağır məşqləri, əzmi və heç vaxt təslim olmama ruhunu göstərir.

181841

10. "The Perks of Being a Wallflower 2012" ("Divar çiçəyi" olmanın üstünlükləri)

Film utancaq və sosial cəhətdən özünü kənarda hiss edən yeniyetmə Çarlinin orta məktəb həyatına uyğunlaşma prosesindən bəhs edir.

O, yeni dostlar – Sem və Patriklə tanış olur və bu dostluq sayəsində həm öz travmaları ilə üzləşir, həm də böyümə, sevgi və qəbul olunma ilə bağlı vacib həyat dərsləri alır.

181837

Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!
Son xəbərlərDaha çox