Azedu.az

Xaricdə təhsil alan şəxsin diplomu arayışla tanına bilməz - TKTA

Xaricdə təhsil

21 Sentyabr 2026, 15:56
Xaricdə təhsil alan şəxsin diplomu arayışla tanına bilməz - TKTA

Xarici ölkədə təhsil alan şəxsə universitet tərəfindən təqdim edilmiş arayışla diplomun tanınması mümkün deyil.

AzEdu.az xəbər verir ki, bu, Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin (TKTA) məlumatında qeyd edilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar çərçivəsi"nin 2.1.11-ci bəndinə əsasən, müəyyən təhsil proqramının uğurla başa çatdırıldığını və müvafiq kvalifikasiyanın verilməsini təsdiq edən təhsil haqqında sənəd yalnız diplomdur. 

Qeyd edilib ki, buna görə də xarici ali təhsilə aid kvalifikasiyaların tanınması proseduru çərçivəsində bu arayışın tanınması mümkün hesab edilmir.

Türkiyə raketlərlə vurulacaq! - Şok xəbərdarlıq edildi
Son xəbərlərDaha çox