Azedu.az

Bakıda bir marşrutun avtobusları yenilənir

AzEdu Təhsil Platforması

5 Noyabr 2026, 14:05
Bakıda bir marşrutun avtobusları yenilənir

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.

Avtobuslar 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Marşrutda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 60 qəpik müəyyən edilib.

Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!
Son xəbərlərDaha çox