Elm və təhsil nazirinin müavini Həsən Həsənli Pakistan İslam Respublikasının Baş nazirinin Gənclər Proqramının Baş direktoru Dr. Syed Shahbaz Hussain ilə görüşüb.
AzEdu.az xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində mövcud əlaqələr, eləcə də gənclərin təhsili istiqamətində gələcəkdə icrası nəzərdə tutulan birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.