Mərkəzi Aran regionu üzrə respublikanın ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Mingəçevir şəhəri üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1200 şagird bitirib, onların 1199 nəfəri buraxılış imtahanında iştirak edib. Şəhər məzunlarının 167 nəfəri 500-dən, o cümlədən 55 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyi, Texniki-humanitar liseyi, 1 və 9 nömrəli şəhər tam orta məktəbləri daxil edilib.
Ağdaş rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 930 şagird bitirib, onların 928 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 40 nəfəri 500-dən, o cümlədən 10 nəfəri 600-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında 40 məktəbin məzunları iştirak etsə də, rayon üzrə respublikanın ən yaxşı məktəbləri siyahısına məktəb daxil edilməyib.
Göyçay rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1129 şagird bitirib, onların 1127 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 76 nəfəri 500-dən, o cümlədən 23 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 2, 3 və 7 nömrəli şəhər tam orta məktəbləri, eləcə də E.Seyidov adına Ulaşlı-Şıxlı kənd tam orta məktəbi qeyd olunub.
Kürdəmir rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1090 şagird bitirib, onların 1083 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 52 nəfəri 500-dən, o cümlədən 17 nəfəri 600-dən yuxarı bal toplayıb. Rayonun ən yaxşı məktəbləri sırasında 2 və 3 nömrəli şəhər tam orta məktəbləri yer alıb.
Ucar rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 694 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 38 nəfəri 500-dən, o cümlədən 9 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 4 nömrəli şəhər tam orta məktəbi daxil olub. Rayonun ən yaxşı məktəbi kimi isə 2 nömrəli şəhər tam orta məktəbi göstərilib.
Yevlax rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1044 şagird bitirib, onların 1038 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 61 nəfəri 500-dən, o cümlədən 16 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında Aran qəsəbə 1 nömrəli tam orta məktəbi qeyd olunub.
Zərdab rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 420 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 32 nəfəri 500-dən, o cümlədən 10 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında İ.Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbi yer alıb.
Məlumatlardan görünür ki, Mərkəzi Aran regionu üzrə 500-dən yuxarı bal toplayan məzunların sayına görə Mingəçevir şəhəri (167 nəfər) ilk sırada qərarlaşıb. Onu Göyçay (76 nəfər), Yevlax (61 nəfər), Kürdəmir (52 nəfər), Ağdaş (40 nəfər), Ucar (38 nəfər) və Zərdab (32 nəfər) izləyib.Region üzrə respublikanın ən yaxşı məktəbləri siyahısında Mingəçevir şəhərinin dörd, Ucar rayonunun isə bir məktəbi yer alıb. Göyçay, Kürdəmir, Yevlax, Ağdaş və Zərdab rayonlarında isə respublika siyahısına məktəb daxil edilməsə də, yüksək nəticələri ilə seçilən təhsil müəssisələri fərqləndirilib