Azedu.az

Mərkəzi Aranın 40-dan çox təhsil müəssisəsi təmir edilir

Mərkəzi Aran

29 İyul 2026, 16:23
Mərkəzi Aranın 40-dan çox təhsil müəssisəsi təmir edilir

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin yeni tədris ilinə hazırlanması istiqamətində təmir və yenidənqurma işləri davam etdirilir.

AzEdu.az xəbər verir ki, hazırda region üzrə 40-dan çox ümumi təhsil müəssisəsində cari, 1 təhsil müəssisəsində isə əsaslı təmir işləri aparılır. Görülən işlər çərçivəsində məktəb binalarının dam örtükləri, sinif otaqları, dəhlizləri, sanitar qovşaqları və kommunikasiya sistemləri yenilənir, mövcud çatışmazlıqlar aradan qaldırılır.

Ötən tədris ilində idarənin tabeliyindəki 2 təhsil müəssisəsinin yararsız vəziyyətdə olan binaları sökülərək yenidən tikilib və müasir tələblərə uyğun şəkildə istifadəyə verilib.

Yeni tədris ilində də baxımsız və tədris üçün əlverişsiz vəziyyətdə olan bir sıra məktəb binalarının sökülərək yenidən inşa edilməsi, eləcə də çoxsaylı təhsil müəssisələrində cari və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər şagirdlərin təhlükəsiz, sağlam və müasir təhsil mühitində təhsil almalarına, müəllimlərin isə daha əlverişli şəraitdə fəaliyyət göstərmələrinə xidmət edir.

Abituriyenti tələbə edəcək qızıl qaydalar - ÇOX VACİB
Son xəbərlərDaha çox