Azedu.az

Təmayül tədris modelinə doğru növbəti mərhələ də tamamlandı

Mərkəzi Aran

20 Avqust 2026, 13:24
Təmayül tədris modelinə doğru növbəti mərhələ də tamamlandı

Yeni təmayül tədris modelinə doğru növbəti mərhələ də tamamlandı!

AzEdu.az-a bu barədə Mərkəzi Aran RTİ-dən məlumat verilib. 

Qeyd olunub ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və yeni təmayül tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrində çalışmaq istəyən fənn müəllimlərinin qeydiyyat və müsahibə mərhələləri yekunlaşıb.

Layihəyə göstərilən marağın nəticəsi olaraq, ümumilikdə 411 nəfər müəllim qeydiyyatdan keçib.

Məktəblər üzrə qeydiyyat statistikası:

Kürdəmir şəhəri 8 nömrəli tam orta ümumtəhsil məktəbi – 131 nəfər

Mingəçevir şəhəri 28 nömrəli tam orta ümumtəhsil məktəbi – 153 nəfər

Yevlax şəhəri 12 nömrəli tam orta ümumtəhsil məktəbi – 127 nəfər

Namizədlərin peşəkar bilikləri, pedaqoji fəaliyyət təcrübəsi və metodiki bacarıqları müsahibə mərhələsində qiymətləndirilib.

Beləliklə, layihənin mühüm mərhələlərindən biri başa çatıb. Müsahibənin nəticələrinə əsasən yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblərdə fəaliyyət göstərəcək müəllimlər müəyyənləşdiriləcək.

Yeni tədris modeli, yeni imkanlar və daha keyfiyyətli təhsil üçün növbəti addımlar atılır!

Elçibəy davası pik həddə çatdı - Nemət Pənahlıdan şok açıqlamalar
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox