Mərkəzi Aran regionu üzrə abituriyentlərin ən çox qəbul olunduqları ali təhsil müəssisələri açıqlanıb.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Mingəçevir şəhəri üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 555 məzun tələbə adını qazanıb. Şəhər abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti olub.
Ağdaş rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 288 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Azərbaycan Dövlət Pedaqoji Universiteti və Mingəçevir Dövlət Universiteti olub.Göyçay rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 416 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti olub.
Kürdəmir rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 327 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti olub.
Ucar rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 211 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti olub.
Yevlax rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 310 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti olub.
Zərdab rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 151 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Azərbaycan Dövlət Pedaqoji Universiteti və Mingəçevir Dövlət Universiteti olub.
Məlumatlardan görünür ki, Mərkəzi Aran iqtisadi rayonu üzrə abituriyentlərin ən çox üstünlük verdikləri ali təhsil müəssisələri Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Mingəçevir Dövlət Universiteti olub. Regionun Mingəçevir şəhəri, Göyçay, Ucar və Yevlax rayonlarında Bakı Dövlət Universiteti ön sırada yer alıb. Ağdaş və Zərdab rayonlarında Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə yanaşı Mingəçevir Dövlət Universiteti daha çox seçilib. Kürdəmir rayonunda isə abituriyentlər əsasən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunublar.