Azedu.az

Ali məktəblərin gələcəyi şuralarda müzakirə olunur - ƏSASNAMƏ

Təhsil hüququ və qanunvericilik

26 Noyabr 2026, 10:17
Ali məktəblərin gələcəyi şuralarda müzakirə olunur - ƏSASNAMƏ

Ali təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi, elmi işin təşkili və müəllimlərin peşəkar inkişafı istiqamətində Rektorlar şurası fəaliyyət göstərir. Orta ixtisas təhsili müəssisələrinin direktorlarını birləşdirən Direktorlar şurası da müvafiq sahədə fəaliyyətlərin əlaqələndirilməsində iştirak edir.

AzEdu.az-ın məlumatına görə, müvafiq əsasnaməyə əsasən, Rektorlar şurası Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət ali təhsil, ixtisasartırma və yenidən hazırlanma müəssisələrinin dövlət-ictimai idarəetmə orqanıdır.

Şuranın yaradılmasında əsas məqsəd ali təhsil və ali təhsildən sonrakı təhsilin inkişafı, tədris prosesinin və elmi işin təkmilləşdirilməsi, elmi-pedaqoji və digər işçilərin ixtisasının artırılması, eləcə də təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsidir.

Rektorlar şurası hansı istiqamətlərdə fəaliyyət göstərir?

Əsasnaməyə görə, Rektorlar şurası Elm və Təhsil Nazirliyi ilə birgə bir sıra istiqamətlərdə fəaliyyət göstərir. Bunlara təhsil sahəsində qanunvericilik və normativ aktların icrası üçün tədbirlərin hazırlanması, ali təhsilin gələcək inkişafına dair təkliflərin verilməsi, elmi-metodiki tədbirlərin təşkili və təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi daxildir.

Şura, həmçinin ali məktəblərin beynəlxalq əlaqələrinin inkişafına, tələbələrin peşəyönümü işinin təşkilinə, təhsil və elm müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə dair təkliflər hazırlayır.

Bundan başqa, elmi tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsi, onların maliyyələşdirilməsi ilə bağlı təkliflərin verilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və ali təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması da şuranın fəaliyyət istiqamətlərindəndir.

Şuranın tərkibi və iş prinsipi

Rektorlar şurasının tərkibinə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin rektorları daxil olurlar.

Şuranın iclasları iki ayda bir dəfə, zərurət yarandıqda isə növbədənkənar keçirilə bilər. İclasın səlahiyyətli hesab olunması üçün üzvlərin ən azı üçdə ikisinin iştirakı tələb olunur. Qərarlar iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.

Əsasnaməyə əsasən, Rektorlar şurasının sədri elm və təhsil naziridir. Şuranın iki sədr müavini və məsul katibi olur. Onun nəzdində ictimai əsaslarla işçi komissiyaları da yaradıla bilər.

Qeyd edək ki, Rektorlar şurasının verdiyi təkliflər tövsiyə xarakteri daşıyır. Şuranın təşkilati fəaliyyəti Nazirlik tərəfindən təmin edilir, fəaliyyəti barədə isə quruma müntəzəm məlumat verilir.

Direktorlar şurasının fəaliyyət istiqamətləri

Əsasnamədə orta ixtisas təhsili müəssisələrinin direktorlarını birləşdirən Direktorlar şurasının fəaliyyəti də nəzərdə tutulur.

Şuranın tərkibinə tabeliyindən asılı olmayaraq dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrinin direktorları daxil olurlar. Onun iclasları da iki ayda bir dəfə keçirilir, zərurət yarandıqda növbədənkənar toplantılar təşkil olunur.

Direktorlar şurasına elm və təhsil nazirinin müavini sədrlik edir. Şuranın iki müavini və məsul katibi olur. Onun təklifləri də tövsiyə xarakteri daşıyır və fəaliyyəti barədə mütəmadi olaraq Nazirliyə məlumat verilir.

TƏCİLİ! İran Naxçıvanla sərhədə qoşun yığdı - Şok görüntülər
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox