Nilufər Baləli qızı Mədətova “Ankara məktəbi” məktəb-liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, Nilufər Mədətova 2009-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ibtidai təhsilin metodikası və metodologiyası ixtisası üzrə bakalavr, 2013–2016-cı illərdə isə magistr təhsili alıb.
O, əmək fəaliyyətinə 2015-ci ildə 161 nömrəli tam orta məktəbdə başlayıb. 2016-2019-cu illərdə 250 nömrəli məktəbdə, 2019-2026-cı illərdə isə yenidən 161 nömrəli məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. 11 illik pedaqoji təcrübəyə malik Nilufər Mədətova “İnnovativ Azərbaycan Məktəbi” layihəsi çərçivəsində İsraildə keçirilən təlimlərdə də iştirak edib.
Qeyd edək ki, onun yeni təyinatı 23 noyabr 2026-cı il tarixindən qüvvəyə minib.