Azedu.az

Fransada etiraz aksiyalarında 500-ə yaxın şagird xəsarət alıb

Tələbələr

26 Noyabr 2026, 11:48
Fransada etiraz aksiyalarında 500-ə yaxın şagird xəsarət alıb

Fransada iki aydan artıqdır davam edən lisey şagirdlərinin etiraz aksiyaları zamanı təxminən 500 şagird və 290 təhsil işçisi xəsarət alıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransanın təhsil naziri Eduard Gefre Senatın Mədəniyyət, Təhsil, Kommunikasiya və İdman Komissiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, sentyabrın 17-də başlayan etiraz aksiyaları zamanı baş verən zorakılıq halları ilə əlaqədar 3 min şagird barəsində intizam tədbirləri görülüb. Həmçinin 400-dən çox şagird məktəbdən xaric edilib.

Geffray ölkədəki liseylərin üçdə ikisinin aksiyalardan təsirləndiyini qeyd edib. O, lisey şagirdlərinin böyük əksəriyyətinin haqlı tələblərlə çıxış etdiyini vurğulayıb.

Qeyd edək ki, Fransada lisey şagirdləri sentyabrın 17-dən etibarən təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları keçirirlər.

TƏCİLİ! İran Naxçıvanla sərhədə qoşun yığdı - Şok görüntülər
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox