Azedu.az

7 yaşlı şagirdi məktəbdə əqrəb sancdı

Hadisə

26 Noyabr 2026, 13:02
7 yaşlı şagirdi məktəbdə əqrəb sancdı

Türkiyənin Adıyaman şəhərində 2-ci sinif şagirdi qələm götürmək üçün əlini çantasına salarkən əqrəb tərəfindən sancılıb.

AzEdu.az İHA-ya istinadən xəbər verir ki, 7 yaşlı Muhammed K.-nın çantasına haradan daxil olduğu məlum olmayan əqrəb girib.

Səhər saatlarında məktəbə gələn şagird qələm götürmək üçün əlini çantasına salarkən əqrəb onu sancıb.

Hadisədən xəbər tutan məktəb əməkdaşları dərhal səhiyyə qruplarına məlumat veriblər. İlkin tibbi yardım göstərilən uşaq Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq müalicə altına alınıb.

TƏCİLİ! İran Naxçıvanla sərhədə qoşun yığdı - Şok görüntülər
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox