Azedu.az

Magistraturada rekord ballı ixtisaslar gerilədi - Son 3 ilin müqayisəsi

Magistratura

26 Noyabr 2026, 12:19
Magistraturada rekord ballı ixtisaslar gerilədi - Son 3 ilin müqayisəsi

Magistratura təhsili ali təhsilini davam etdirmək və ixtisaslaşmaq istəyən bakalavrlar arasında hər il böyük maraq doğurur.

AzEdu.az son üç tədris ilində magistratura üzrə ən yüksək dövlət sifarişi keçid ballarını müqayisə edib.

Belə ki, 2026-2027-ci tədris ilində ən yüksək dövlət sifarişi keçid balı Bakı Dövlət Universitetinin (BDU) Əmək və sosial təminat hüququ ixtisasında 88,5 olub.

2025-2026-cı tədris ilində bu göstərici Azərbaycan Texniki Universitetinin (AzTU) Səhiyyə menecmenti ixtisasında 91,5 bal təşkil edib.

2024-2025-ci tədris ilində isə Bakı Dövlət Universitetinin (BDU) Analitik kimya ixtisası üzrə ən yüksək dövlət sifarişi keçid balı 90,5 olub.

Qeyd edək ki, 2026-2027-ci tədris ilində magistratura üzrə ən yüksək dövlət sifarişi keçid balı 2024-2025-ci tədris ili ilə müqayisədə 2 bal, 2025-2026-cı tədris ili ilə müqayisədə isə 3 bal azalıb.

TƏCİLİ! İran Naxçıvanla sərhədə qoşun yığdı - Şok görüntülər
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox