Azedu.az

Magistraturada boş yerlərə yenidən qəbul aparılacaq - RƏSMİ

Magistratura

14 Avqust 2026, 12:18
Magistraturada boş yerlərə yenidən qəbul aparılacaq - RƏSMİ

Magistraturaya qəbul üzrə boş qalan plan yerlərinə yenidən qəbul aparılacaq.

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, magistraturaya qəbul olunan şəxslərin “myGov” platforması üzərindən qeydiyyatı Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilib. 

“Növbəti mərhələdə Elm və Təhsil Nazirliyi tərəfindən boş qalan plan yerləri barədə məlumatlar DİM-ə təqdim olunacaq. Daha sonra müvafiq elan veriləcək və həmin yerlərə yenidən qəbul aparılacaq. Bununla bağlı "Magistr" jurnalının müvafiq buraxılışı dərc olunacaq”, - deyə rəsmi məlumatda vurğulanıb. 

DİM-dən verilən məlumatda o da qeyd olunub ki, boş qalan yerlərə qəbulun vaxtı hələlik məlum deyil. Belə ki, tarixlərin gələn həftə ərzində dəqiqləşəcəyi gözlənilir. 

Putin devirmək üçün hərəkətə keçdilər - Gizli təşkilat ifşa edildi
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox