“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbulun nəticələri açıqlanıb.
Nəticələrə əsasən, magistratura səviyyəsi üzrə ümumilikdə 353 nəfər Dövlət Proqramının qalibi olub. Qəbul olunanların ölkələr üzrə bölgüsündə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 210 nəfər ilə ilk sırada qərarlaşıb.
AzEdu.az Böyük Britaniyanı seçən magistrların hansı ali təhsil müəssisələrinə üstünlük verdiyini təhlil edib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında təhsil almağa qəbul olunan magistrların ən böyük hissəsi İmperial Kollec Londonu (Imperial College London) seçib. Bu ali təhsil müəssisəsinə ümumilikdə 43 nəfər qəbul olunub.
İkinci ən çox seçilən ali təhsil müəssisəsi Edinburq Universiteti (University of Edinburgh) olub. Dünyanın nüfuzlu universitetlərindən sayılan bu ali məktəbə 26 magistr qəbul olunub.
Üçüncü sırada isə Mançester Universiteti (University of Manchester) yer alıb. Dövlət Proqramı çərçivəsində 19 nəfər bu universitetdə magistr təhsili almaq hüququ qazanıb.
Növbəti yerdə Qlazqo Universiteti (University of Glasgow) qərarlaşıb. Bu universitet 18 magistr tərəfindən seçilib.
Ardınca Birminqem Universiteti (University of Birmingham) gəlir. Universitetə ümumilikdə 14 nəfər qəbul olunub.
Kral Kolleci London (King’s College London) 12 magistr, Uorvik Universiteti (University of Warwick) və Şeffild Universiteti (University of Sheffield) isə hər biri 11 magistr tərəfindən seçilib.
Kembric Universiteti (University of Cambridge) 10 nəfər, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (London School of Economics and Political Science - LSE) isə 9 nəfər tərəfindən seçilib.
London Universitet Kolleci (UCL - University College London) 8 magistr, Lids Universiteti (University of Leeds) isə 7 magistr tərəfindən seçilib.
Sauthempton Universiteti (University of Southampton) 6 nəfər, Oksford Universiteti (University of Oxford) isə 5 nəfər tərəfindən seçilib.
Nottingem Universiteti (University of Nottingham) və Bristol Universiteti (University of Bristol) hər biri 4 magistrın seçimində yer alıb.
Siyahının sonunda isə Kraliça Meri London Universiteti (Queen Mary University of London), Milli Kino və Televiziya Məktəbi (National Film and Television School) və Kral Musiqi Akademiyası (Royal Academy of Music) qərarlaşıb. Bu ali təhsil müəssisələrinin hər birinə 1 nəfər qəbul olunub.