Azedu.az

Tələbə kreditinə ən çox bakalavrlar üz tutur - RƏQƏMLƏR

AzEdu Təhsil Platforması

4 Noyabr 2026, 13:12
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur - RƏQƏMLƏR

2025-2026-cı tədris ili üzrə Təhsil Tələbə Krediti (TTK) ilə bağlı statistik göstəricilər təhsil səviyyələri üzrə tələbələrin seçimində bakalavr pilləsinin üstünlük təşkil etdiyini göstərir.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, hesabat dövrü üzrə ümumilikdə 85 149 rəsmiləşmə qeydə alınıb. Onlardan 58 900-ü (69 faiz) bakalavr, 19 759-u (23 faiz) magistratura, 5 694-ü (7 faiz) orta ixtisas təhsili, 796-sı (1 faiz) isə texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrinin payına düşüb.

2025-2026-cı tədris ilinin göstəricilərinə ayrıca nəzər saldıqda isə bakalavr pilləsi üzrə 19 497, magistratura üzrə 5 900, orta ixtisas təhsili üzrə 2 402, texniki peşə və yüksək texniki peşə təhsili üzrə isə 641 rəsmiləşmə aparıldığı görünür.

Son beş tədris ilinin dinamikası da bakalavr təhsili səviyyəsində TTK-dan yararlananların sayında davamlı artım olduğunu göstərir. Xüsusilə 2025-2026-cı tədris ilində bakalavr pilləsi üzrə rəsmiləşmələrin sayı əvvəlki illərlə müqayisədə daha yüksək göstəriciyə çatıb.

Ümumilikdə, statistik mənzərə TTK mexanizminin əsasən bakalavr təhsili alan tələbələr tərəfindən istifadə olunduğunu, eyni zamanda magistratura, orta ixtisas və peşə təhsili səviyyələrində də bu dəstək mexanizminə marağın olduğunu nümayiş etdirir.

Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!
Son xəbərlərDaha çox