Azedu.az

SDU tələbələri üçün praktiki dərslər keçirilir

Ali təhsil

3 Noyabr 2026, 17:45
SDU tələbələri üçün praktiki dərslər keçirilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin (SDU) tabeliyində Polimer Materialları İnstitutunda (PMİ) SDU-nun Kimya kafedrasının tələbələri üçün praktiki dərslər təşkil olunur. İnstitutun alimləri tərəfindən aparılan məşğələlər tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsinə, laboratoriya vərdişlərinin və tədqiqat bacarıqlarının inkişafına yönəlib.

AzEdu.az xəbər verir ki, praktiki dərslər çərçivəsində tələbələr institutun elmi-tədqiqat laboratoriyalarının fəaliyyəti, kimya sahəsində aparılan araşdırmalar və müasir laboratoriya metodları ilə yaxından tanış olurlar. İnstitut alimləri öz elmi bilik və təcrübələrini tələbələrlə bölüşərək onların peşəkar inkişafına, elmi fəaliyyətə marağının artırılmasına və gələcək əmək fəaliyyətinə hazırlanmasına töhfə verirlər.

Qeyd edək ki, SDU ilə PMİ arasında həyata keçirilən bu əməkdaşlıq ali təhsillə elmin inteqrasiyasının gücləndirilməsi, tədris prosesinin praktiki təcrübə ilə zənginləşdirilməsi və gələcək mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...
Son xəbərlərDaha çox