Azedu.az

Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək

AzEdu Təhsil Platforması

3 Noyabr 2026, 14:19
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək

Magistrant və doktorantların beynəlxalq elmi platformalardan və süni intellekt alətlərindən səmərəli istifadə bacarıqlarının artırılması məqsədilə onlayn təlim keçiriləcək.

AzEdu.az xəbər verir ki, təlim çərçivəsində iştirakçılara "Scopus" platformasının imkanları, süni intellekt alətlərindən məsuliyyətli və etik istifadə, elmi ədəbiyyatın effektiv axtarışı, aktual dissertasiya mövzularının müəyyənləşdirilməsi, potensial elmi rəhbərlərin və tədqiqat qruplarının aşkar edilməsi barədə məlumat veriləcək.

Təlim magistrant və doktorantlara əldə etdikləri bilikləri dissertasiya hazırlığı və gələcək elmi-tədqiqat fəaliyyətlərində tətbiq etmək, beynəlxalq elmi resurslardan daha səmərəli yararlanmaq imkanı yaradacaq.

Təlim 5 noyabr 2026-cı il tarixində saat 12:00-da “Elsevier” şirkətinin nümayəndəsi Saide Sak tərəfindən onlayn və türk dilində keçiriləcək.

Qeydiyyat linki: //elsevier.zoom.us/.../WN_Ew0mvynRRaaNO0dMadhZcg 

Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol! -
Son xəbərlərDaha çox