Böyük Britaniyada nəşr olunan "Collins" ingilis dili lüğəti "mogging" sözünü ilin sözü seçib.
AzEdu.az xəbər verir ki, ilin sözü "mogging" ("moqqinq") ifadəsi olub.
Moqqinq kimisə və ya nəyisə kölgədə qoymaq, yaxud ondan üstün olduğunu nümayiş etdirmək məqsədilə edilən hərəkəti ifadə edir. Hesab olunur ki, bu söz gənclər arasında işlədilən AMOG (Alpha Male Of the Group) jarqon abbreviaturasından yaranıb. Bu ifadə "qrupun alfa erkəyi" kimi tərcümə olunur.
"Collins" lüğətinin məlumatına görə, "mogging" sözü "Z nəsli"nin və "Alfa nəsli"nin nümayəndələri tərəfindən getdikcə daha çox yumoristik və istehzalı mənada işlədilir. Bu ifadə, əsasən, bir şəxsin digərini kölgədə qoyduğu vəziyyətləri təsvir etmək üçün istifadə olunur.
İlin sözü seçilmək üçün qısa siyahıya "carspreading" (avtomobildə həddindən artıq yer tutmaq), "manchesterism", "firewave" (odlu dalğa), "ghost jobs" (saxta vakansiyalar) və digər ifadələr də daxil edilib.
Qeyd edək ki, "Collins" lüğəti 1979-cu ildən nəşr olunur. 2025-ci ildə lüğət "vibecoding" ("vaybkodinq") terminini ilin sözü seçmişdi.