Azedu.az

Alimlər yeni dinozavr növü aşkarladılar

Maraqlı

29 Oktyabr 2026, 09:09
Alimlər yeni dinozavr növü aşkarladılar

İngiltərədə 25 il əvvəl tapılan dinozavr fosilinin yeni cins və növə aid olduğu müəyyənləşdirilib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Paludohadros proudlovii adlandırılan bitkiyeyən dinozavr təxminən 125 milyon il əvvəl yaşayıb. Uzunluğu 5 metr, çəkisi 1,5–2 ton olan dinozavrın fosili 2001-ci ildə Surrey qraflığındakı gil karxanasında tapılaraq London Təbiət Tarixi Muzeyinə verilib.

Alimlər fosilin sümüklərinin tam inkişaf etmədiyini müəyyənləşdiriblər. Bu, dinozavrın öldüyü zaman hələ cavan olduğunu göstərir. Yetkin fərdlərin isə iki dəfə böyük ola biləcəyi ehtimal edilir.

Tədqiqatçılar yeni növün ətyeyən Baryonyx walkeri ilə eyni ərazidə yaşadığını bildirirlər. Əsasən balıqla qidalanan bu yırtıcının başqa dinozavrları da ovlamış ola biləcəyi ehtimal olunur.

Araşdırma zamanı 1950-ci illərdə toplanmış bəzi fosillərin də Paludohadros cinsinə aid olduğu üzə çıxıb. Bu fakt muzey kolleksiyalarında hələ də elmi baxımdan araşdırılmamış dinozavr qalıqlarının ola biləcəyini göstərir.

Yeni növün adı karxanada çalışmış və 35 yaşında vəfat etmiş Uill Prudlovun xatirəsinə verilib. Tədqiqatçılar muzeylərdə saxlanılan digər fosilləri araşdırmaqla elmə məlum olmayan yeni dinozavr növlərinin də aşkarlana biləcəyini düşünürlər.

İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!
Son xəbərlərDaha çox