Azedu.az

Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır

AzEdu Təhsil Platforması

28 Oktyabr 2026, 12:19
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır

Azərbaycanda ümumi təhsil üzrə yeni standartların hazırlanması istiqamətində işlər aparılır.

AzEdu.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyada Elm və Təhsil İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev deyib.

O qeyd edib ki, yeni sənədin bu ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Elnur Əliyev bildirib ki, yeni standartlar fərqli yanaşmanı nəzərdə tutur: “Yeni standartlarda elə bir yanaşmaya keçmişik ki, bu, mədəniyyətlərarası dialoqa və rəqəmsal vətəndaşlığa ciddi təsir göstərəcək”.

O vurğulayıb ki, yeni sənəddə səriştələr üzrə əlavə çərçivə nəzərdə tutulur. Onun sözlərinə görə, yeni yanaşma fənlərarası xarakter daşıyır və bütün fənlərin birgə inkişaf etdirəcəyi ümumfənlərarası bacarıqları əhatə edir.

Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?
Son xəbərlərDaha çox