PISA 2029-da media və süni intellekt savadlılığı qiymətləndiriləcək.
AzEdu.az xəbər verir ki, bu barədə UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev məlumat verib.
E.Əliyev bildirib ki, yeni standartlarda nəzərdə tutulan səriştələrin dərs prosesində necə tətbiq ediləcəyinin öyrənilməsi də vacibdir:
“Müxtəlif ölkələrin bu bacarıqları təhsil standartlarından sinif mühitinə necə keçirdiyini araşdırmaq istəyirik. Çünki standartlarda müəyyən tələblərin nəzərdə tutulması ilə onların dərsdə tətbiqi fərqli məsələlərdir. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və gələcəkdə müvafiq qiymətləndirmə vasitələrinin hazırlanması əhəmiyyətlidir”.