Azedu.az

Dünyada vaxtın hesablanması dəyişir: YENİ QAYDA

Maraqlı

20 Oktyabr 2026, 14:13
Dünyada vaxtın hesablanması dəyişir: YENİ QAYDA

Dünyada vaxtın hesablanması qaydalarında dəyişiklik edilir. Atom saatları ilə Yerin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan “artıq saniyə” tətbiqinin ləğvi ilə bağlı qərar qəbul edilib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, atom saatlarına əsaslanan vaxtla astronomik vaxt arasındakı fərqin bir saata, yəni 3 600 saniyəyə qədər artmasına icazə veriləcək.

1972-ci ildən tətbiq olunan artıq saniyə indiyədək 27 dəfə əlavə edilib. Sonuncu düzəliş 31 dekabr 2016-cı ildə həyata keçirilib.

Artıq saniyə kompüter serverləri, telekommunikasiya infrastrukturu və maliyyə sistemlərində texniki problemlərə səbəb ola bilir. 2012-ci ildə bu tətbiq “Reddit” və “LinkedIn” platformalarında nasazlıqlara yol açıb.

Məlumata görə, 2026-cı il oktyabrın 15-də Fransada keçirilən toplantıda ölkələrin nümayəndələri artıq saniyə əvəzinə “artıq saat” yanaşmasını nəzərdə tutan qərarı qəbul ediblər. Bu fərqin yaranmasının min illərlə vaxt apara biləcəyi bildirilir.

Dəyişiklik insanların gündəlik həyatında nəzərəçarpacaq fərq yaratmasa da, dəqiq vaxt sinxronizasiyasından asılı olan texnoloji sistemlərin işinə təsir göstərəcək.

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox