Azedu.az

Bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb - FOTO

Məktəbəqədər təhsil

20 Oktyabr 2026, 10:37
Bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb - FOTO

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Bu barədə AzEdu.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox